MƏXFİLİK SİYASƏTİ
Bu sənəddə (bundan sonra “Sənəd”) qeyd olunan şərtlər, www.lovelokum.az saytı (bundan sonra “Veb-sayt”) və/və ya lovelokum mobil tətbiqi (bundan sonra “Mobil tətbiq”) ilə Veb-saytın və/və ya Mobil tətbiqin istifadəçisi (bundan sonra “İstifadəçi”) arasında mübadilə olunan qarşılıqlı məlumatların məxfiliyinin təmin edilməsi məqsədini daşıyır. Bu Sənəddə “İstifadəçi” dedikdə, Veb-sayta və/və ya Mobil tətbiqə həm üzv (müvafiq qaydada qeydiyyatdan keçmiş şəxslər) qismində, həm də üzv olmadan (qeydiyyatdan keçmədən) ziyarətçi kimi daxil olan şəxslər nəzərdə tutulurlar.
www.lovelokum.az veb-saytının/mobil tətbiqinin “Məxfilik Siyasəti” Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun olaraq hazırlanmışdır.
1. MƏXFİLİK ŞƏRTLƏRİ
- 1.1 İstifadəçinin nəzərinə çatdırırıq ki, onun tərəfindən təqdim edilmiş məlumatlar “Fərdi məlumatlar haqqında” Qanunun 5.2-ci maddəsinə uyğun olaraq tərəfimizdən qorunur və İstifadəçinin özünün razılığı olmadan və ya qanunla müəyyən edilmiş hallar (“Fərdi məlumatlar haqqında” Qanunun 13-cü maddəsində göstərilən hallar) istisna olmaqla, heç bir halda üçüncü şəxslərə, idarə və təşkilatlara ötürülürmür. Bu Məxfilik Siyasəti çərçivəsində İstifadəçi işlənməsinə icazə verilmiş şəxsi məlumatları www.lovelokum.az internet mağazasının saytında/mobil tətbiqində formanı dolduraraq təqdim edir və aşağıdakı məlumatları daxil edir:
- 1.1.1. İstifadəçinin soyadı, adı;
- 1.1.2. İstifadəçinin əlaqə telefonu;
- 1.1.3. Elektron ünvan (e-poçt);
- 1.1.4. Malın çatdırılma ünvanı;
1.2. Yuxarıda göstəriləndən əlavə istənilən şəxsi məlumat (alış-verişin tarixi, istifadə edilən brauzerlər, əməliyyat sistemləri və s.) etibarlı şəkildə məxfi qorunub saxlanır.
2. İSTİFADƏÇİNİN ŞƏXSİ MƏLUMATLARININ TOPLANILMASININ MƏQSƏDLƏRİ
- 2.1. İnternet-mağaza saytının/mobil tətbiqinin rəhbərliyi İstifadəçinin şəxsi məlumatlarını aşağıdakı məqsədlər üçün istifadə edir:
- 2.1.1. İnternet-mağaza saytında/mobil tətbiqində qeydiyyatdan keçmiş İstifadəçinin identifikasıyası, sifarişin qəbul edilməsi və ya malların alqı-satqı Müqaviləsinin bağlanması üçün;
- 2.1.2. İnternet-mağaza saytının/mobil tətbiqinin resurslarına İstifadəçinin girişi üçün;
- 2.1.3. İstifadəçi ilə əks-əlaqənin yaradılması üçün, həmçinin İnternet-mağaza saytı/mobil tətbiqi ilə bağlı məlumat, sorğu, xidmətlərin göstərilməsi (İstifadəçinin sorğularının və sifarişlərinin emalı daxil olmaqla);
- 2.1.4. İnternet-mağaza saytının/mobil tətbiqinin İstifadəçisini sifarişlərin vəziyyəti haqqında məlumatlandırmaq üçün;
- 2.1.5. İstifadəçiyə sifariş verdiyi məhsulun çatdırıla bilməsi üçün;
- 2.1.6. İnternet-mağaza saytının/mobil tətbiqin istifadəsində yaranmış çətinliklərə görə İstifadəçiyə səmərəli müştəri və texniki dəstək göstərməsi üçün;
- 2.1.7. İstifadəçinin razılığı ilə məhsulun yenilənməsi, xüsusi təkliflərin verilməsi, qiymətlər haqqında məlumat, yeniliklərin göndərilməsi və İnternet-mağaza və ya onun tərəfdaşları tərəfindən göndərilən digər məlumatlar üçün;
- 2.1.8. İstifadəçinin razılığı ilə reklam fəaliyyətinin yerinə yetirilməsi üçün;
- 2.1.9. İstifadəçinin İnternet-mağazanın tərəfdaşlarının saytlarına və servislərinə giriş imkanı və onların məhsulunun, xidmətlərinin və yeniliklərinin əldə edilməsi üçün.
3. TƏRƏFLƏRİN ÖHDƏLİKLƏRİ
- 3.1. İstifadəçinin öhdəlikləri:
- 3.1.1. İnternet-mağaza saytından/mobil tətbiqindən istifadə etmək üçün tələb olunan şəxsi məlumatları vermək;
- 3.1.2. Həmin məlumat dəyişdiyi halda, onu yeniləmək, əlavələr etmək.
- 3.1.3. Saytın/Mobil tətbiqin Rəhbərliyinin öhdəlikləri:
- 3.2.1. Əldə etdiyi məlumatları yalnız Məxfilik siyasətinin 2-ci bəndində göstərilmiş məqsədlər üçün istifadə etmək;
- 3.2.2. Məxfi məlumatların gizliliyini qorumaq, İstifadəçinin yazılı razılığı olmadan onları açıqlamamaq, İstifadəçinin şəxsi məlumatlarını satmamaq, dəyişdirməmək, dərc etməmək, digər üsullarla yaymamaq
- 3.2.3. İstifadəçinin şəxsi məlumatlarının məxfiliyini təmin etmək üçün mövcud qaydalara əsasən mümkün tədbirlər görmək.
- 3.2.4. Şəxsi məlumatların düzgün olmadığı, və ya qeyri-hüquqi hərəkətlər səbəbindən İstifadəçinin şəxsi məlumatlarının səlahiyyətli orqanlar tərəfindən yoxlandığı dövrdə, və ya İstifadəçinin özünün və ya nümayəndəsinin müraciətinə əsasən şəxsi məlumatı bloklamaq.
4. ŞƏXSİ MƏLUMATLARIN İŞLƏNMƏSİNİN ÜSULLARI VƏ MÜDDƏTİ
- 4.1. İstifadəçinin şəxsi məlumatlarının işlənməsi vaxt məhdudiyyəti qoyulmadan, istənilən qanuni üsul ilə, həmçinin avtomatlaşdırma və avtomatlaşdırma olmadan şəxsi məlumatların informasiya sistemində həyata keçirilir.
- 4.2. İstifadəçi məlumatın saytın Administrasiyası tərəfindən üçüncü şəxslərə (çatdırılma xidmətinə, poçt təşkilatlarına, rabitə operatorlarına) www.lovelokum.az internet mağazasının saytında/mobil tətbiqində qanuniləşdirilmiş sifarişi yerinə yetirmək üçün ötürülməsinə razılıq verir.
- 4.3. İstifadəçinin şəxsi məlumatları Azərbaycan Respublikasının səlahiyyətli dövlət orqanlarına yalnız Azərbaycan Respublikası qanunvericiliyində müəyyən olunmuş qaydada təqdim oluna bilər.
5. ƏLAVƏ VƏ DƏYİŞİKLİKLƏRİN EDİLMƏSİ
- 5.1. Sayt/Mobil tətbiq Rəhbərliyi bu Məxfilik siyasətinə İstifadəçinin razılığı olmadan dəyişikliklərin edilməsi hüququna malikdir.
- 5.2. Yeni Məxfilik siyasəti onun internet-mağazanın saytında/mobil tətbiqində yerləşdirilməsi anından qüvvəyə minir (əgər başqa şərt yeni redaksiyada nəzərdə tutulmayıbsa).
- 5.3. Bu Məxfilik siyasəti ilə əlaqəli bütün təkliflər və suallar ilə bağlı info@lovelokum.az ünvanına müraciət edilməlidir.